Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Qazaxıstanın paytaxtı Astanada keçirilən Azərbaycan Mədəniyyət Günlərində şair İlqar Fəhmi və Fərid Hüseyn Qazaxıstan Yazıçılar Birliyinə fəxri üzv seçiliblər.
OLAY yazır ki, vəsiqələri Qazaxıstan Milli Akademik Kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi”nin açılış mərasimində Qazaxıstan Yazıçılar Birliyinin katibi Devletkerey Kapulı təqdim edib.