İncəsənət
İncəsənət

Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdi

Əməkdar artist Kifayət Gəncəli bu gün ürək çatışmazlığı səbəbilə vəfat edib.

OLAY yazır ki, bu barərə APA-ya mərhum xanəndənin qızı Elza Məmmədova bildirib.

Sənətçi bu gün doğulub boya-başa çatdığı Gəncə şəhərində torpağa tapşırılacaq.

Qeyd edək ki, K.Gəncəli 1937-ci ildə Gəncə şəhərində anadan olub. Asəf Zeynallı adına Musiqi Texnikumunda muğam təhsili alıb. Əhməd Bakıxanov, Əliağa Quliyev, Ağası Məşədibəyov, Əhsən Dadaşov, Baba Salahov və İslam Rzayevin rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblının solisti olub. Azərbaycan Televiziyasının Qızıl fondunda 300-ə yaxın səs yazısı qorunub saxlanılır.

Allah rəhmət eləsin!