Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Adanaya səfəri zamanı gənclərlə görüşüb.
OLAY yazır ki, ölkə başçısı sual-cavab zamanı gündəlik həyatı haqqında danışıb, həftənin 2-3 günü basketbola vaxt ayırdığını qeyd edib.
Ərdoğan görüşdə çıxış edən gənc ifaçıların nəğmələrinə yoldaşlıq edib. O, Tarkanın “Gül döktüm yollarına” mahnısını ifa etməyə başlayıb.
Prezidentin bu addımı alqışla qarşılanıb.
Qeyd edək ki, sözügedən mahnı Tarkanın 1994-cü ildə təqdim etdiyi “Acayipsin” albomuna daxil edilmiş əsərdir.