İncəsənət
İncəsənət

Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın iclası keçirildi

Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın iclası keçirildi

Avqustun 11-də Mədəniyyət Nazirliyində nazirlik yanında İctimai Şuranın üzvlərinin iştirakı ilə iclas keçirilib.

OLAY yazır ki, Mədəniyyət naziri Adil Kərimli çıxış edərək İctimai Şuraya seçkilərdən sonra üzvlərlə ilk toplantının təşkil olunduğunu bildirib, onlara təbriklərini çatdırıb, fəaliyyətlərində uğurlar arzulayıb. 

Müasir çağırışlar kontekstində nazirliyin fəaliyyəti haqqında danışan Adil Kərimli mədəniyyətin müxtəlif sahələrinin mövcud vəziyyəti barədə fikirlərini bölüşüb. İctimai Şuranın öz fəaliyyətini nazirliyin hədəflərinə adekvat şəkildə quracağına, prosesə öz töhfəsini verəcəyinə inam ifadə olunub. 

İctimai Şuranın üzvləri mədəniyyət sahəsinin inkişafı ilə bağlı öz fikirlərini bölüşüblər. Görüş müvafiq sahələr üzrə fikir mübadiləsi ilə davam edib. 

Qeyd edək ki, bu ilin iyul ayında Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib, Şuranın 9 nəfərdən ibarət heyəti formalaşıb.