İncəsənət
İncəsənət

Azərbaycan Beynəlxalq Çexov festivalına qatılır

Azərbaycan Beynəlxalq Çexov festivalına qatılır

Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə 11-24 iyun 2023-cü il tarixlərində Moskva şəhərində Beynəlxalq Çexov festivalı çərcivəsində MDB, Baltikyanı ölkələr və Gürcüstanın gənc rejissorlarının iştirakı ilə rejissor laboratoriyası keçiriləcək.

OLAY yazır ki, tədbirdə ölkəmizi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrını quruluşçu rejissor Mehman Fətullayev təmsil edəcək.

Azərbaycan Teatr Xadimləri İttifaqının xətti ilə tədbirdə iştirak edəcək gənc rejissor Mehman Fətullayev 14 gün ərzində keçiriləcək laboratoriyada digər ölkələrin gənc rejissorları ilə bərabər, festival çərçivəsində oynanılan tamaşalara baxacaq, ustad dərslərinə, seminarlara ve digər tədbirlərə qatılacaq.