“Həyat deyəsən gözəldir” filminin Bakı təqdimatında bir çox incəsənət xadimi, mədəniyyət nümayəndələri iştirak edib.
OLAY yazır ki, gecədə Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov, Xalq artistləri Şəfiqə Məmmədova, Oqtay Mirqasımov və başqaları iştirak edib.
Ş. Məmmədova tədbirdə ekran işinin rejissoru və ssenari müəllifi Vaqif Mustafayev haqda danışıb:
“Televiziyada işləyəndə deyirdim ki, Vaqif böyük kinoya qayıt və çək. Nazirlikdə, şöbədə kimlər olub.... Kino çox bərəkətli sənətdir. Teatrda nə qədər oynamışam, rollarım çəkilməyib. Bəlkə heç kimin yuxusuna da girməz. Amma filmlər qalır. Nə yaxşı ki kinomuz var. Düzdür, çətin yoldadır. Lakin inanıram ki, Azərbaycan kinosu hər zaman var olacaq. Vaqif də kinomuzda bir sima kimi hər zaman yaşayacaq”.