İncəsənət
İncəsənət

Xalq artistinin səhifələri ələ keçirildi

Xalq artistinin səhifələri ələ keçirildi

Xalq artisti Naibə Allahverdiyevanın sosial şəbəkə hesabları sındırılıb.

Bu barədə sənətçi OLAY-a məlumat verib. O bildirib ki, Feysbuk və instaqram səhifəsini ələ keçirən adamlar başqalarına mesaj göndərir və dələduzluğa cəhd edirlər:

“Telli Pənahqızının adından mənə mesaj gəldi. Kod istədi, dedi ki, göndər. Mən də göndərdim. Sən demə, Telli xanımın da səhifəsi belə qırılıb, o da bilməyib. Mənim də Feysbuk və instaqram səhifələrim qırıldı. Paylaşımlar edirlər, başqa adamlara mesajlar göndərirlər. Feysbukda yeni səhifə açsam da, 50 min izləyicisi olan instaqramım getdi. Hamı mənə zəng vurur, çünki mesajlar yazırlar. İşıqlandırın ki, camaatı aldatmasınlar. Bank hesabı göndərirlər ki, guya pul udmuşam. Hamısı yalan məlumatdır. Polisə müraciət edəcəyəm. Bir ara dedim ki, heç nə olmaz. İndi fikirləşirəm ki, insanları aldada bilərlər. Həm Feysbuk, həm də instaqram səhifəm sındırılıb”.