İncəsənət
İncəsənət

Elxan Qasımovun vəziyyəti yaxşı deyil

Elxan Qasımovun vəziyyəti yaxşı deyil

Mayın 11-də əməliyyat olunan Əməkdar artist, kinorejissor Elxan Qasımovun vəziyyəti ilə hər hansı bir dəyişiklik yoxdur.  

Bu barədə OLAY-a açıqlama verən sənətçinin qızı bildirib ki, atası hazırda reanimasiyadadır:

“Hələ də reanimasiyadadır. Vəziyyəti ağır- stabil olaraq qalır. Səhhətində heç bir irəliləyiş yoxdur. Huşu yerindədir, reaksiya verir. Nə vaxt palataya köçürüləcəyini heç kim bilmir. Həkimlər əlindən gələni edir. Gözləyirik”.

Xatırladaq ki, Elxan Qasımova aorta anevrizmasının partlaması diaqnozu qoyulub.