İncəsənət
İncəsənət

Mehriban Ələkbərzadə bu gün kollektivə təqdim olunacaq

Mehriban Ələkbərzadə bu gün kollektivə təqdim olunacaq

 Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə bir neçə gün öncə Akademik Dövlət Dram Teatrına bədii rəhbər təyin olunmuşdu. 

OLAY -ın əldə etdiyi məlumata görə, tanınmış rejissor bu gün kollektivə təqdim olunacaq.

Qeyd edək ki, Mədəniyyət nazirinin müvafiq əmri ilə Akademik Milli Dram Teatrının rəhbərliyinə gətirilən Mehriban Ələkbərzadə indiyədək çoxsaylı tamaşa və ekran əsərlərinin müəllifi və rejissorudur, Gənc Tamaşaçılar Teatrının və Yuğ Teatrının baş rejissoru vəzifələrində çalışıb.