Xalq artisti Aftandil İsrafilovun dəfn yeri dəyişib.
Mədəniyyət Nazirliyindən OLAY-a bildirilib ki, mərhum qarmon ifaçısı sabah saat 12:00-da İkinci Fəxri Xiyabanda dəfn olunacaq.
Mərhumla vida mərasimi sabah saat 11:00-da Heydər Məscidində baş tutacaq.
Xatırladaq ki, 82 yaşlı Xalq artisti bu gün saat 10 radələrində dünyasını dəyişib. O, uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkirdi.