İncəsənət
İncəsənət

Rus aktyor 51 yaşında vəfat etdi

Rus aktyor 51 yaşında vəfat etdi

Aktyor Pavel Rtişşov 51 yaşında vəfat edib.

OLAy yazır ki, bu barədə Novouralsk Musiqi, Dram və Komediya Teatrının nümayəndələri “VKontakte”da məlumat veriblər.

Sənətçinin ölümün səbəbi məlum deyil. Aktyorla vida mərasimi isə mayın 5-də saat 12.00-da Novouralsk dəfn evində baş tutacaq.

Qeyd edək ki, Pavel Rtişşev 11 yanvar 1972-ci ildə anadan olub. 1997-ci ildə Yekaterinburq Dövlət Teatr İnstitutunu dram və kino aktyoru ixtisası üzrə bitirib. Bir il sonra Novouralsk Musiqi, Dram və Komediya Teatrında xidmət etməyə başladı. Sənətçinin 100-dən çox fərqli rol ifa etdiyi vurğulanır.

“Pavel Valerieviç həmişə yüksək ixtisas kateqoriyasına malik, iti zəkalı, komik aktyor olub. Uzun illər səmərəli iş təcrübəsi ona aktyor truppasında layiqli yer tutmağa imkan verdi”, “Pavel Valeryeviçin xatirəsi onun həmkarlarının, dostlarının, istedadının pərəstişkarlarının qəlbində əbədi qalacaq”, - deyə, teatr nümayəndələri sosial şəbəkədə yazıblar.

Onu da bildirək ki, Rtişşov teatr sənətinin qorunub saxlanmasında və inkişafında böyük xidmətlərinə görə dəfələrlə Mədəniyyət Departamentinin, Novouralsk Şəhər Dairəsinin Administrasiyasının və Sverdlovsk vilayətinin Mədəniyyət Nazirliyinin diplomları və təşəkkürnamələri ilə təltif edilib.