İncəsənət
İncəsənət

“Ana tarla”nın premyerası baş tutdu

“Ana tarla”nın premyerası baş tutdu

Aprelin 26-da Bakı Bələdiyyə Teatrının Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə səhnələşdirdiyi “Ana tarla” tamaşasının premyerası keçirilib.

OLAY yazır ki, Azərbaycanın siyasi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi çərçivəsində baş tutan tamaşa türk dünyasının tanınmış yazıçısı Çingiz Aytmatovun “Ana Torpaq” əsərinin motivləri əsasında səhnələşdirilib.

Tamaşanı səhnələşdirən və quruluşçu rejissoru,Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssam Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, plastik səhnələri quruluşu Əməkldar artist Bəhruz Vaqifoğlu, musiqi hissə müdiri Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssam Tərlan Ələsgərli, kostyum sexinin müdiri Leyla Əkbərova, dizayn işləri üzrə tərtibatçı Elnur Ehtiramoğludur. Əsərin tərcüməsi Teymur Elçinə aiddir.

Tamaşada rolları Əməkdar artistlər Hüsniyyə Mürvətova, Səmayə Sadıqova aktyorlar Rəşad Kəsəmənli, Tural Əhməd, Namiq Cavadov, Elçin Muradov, Ülviyyə Rza, İsmayıl Atakişiyev, Zülfiyyə Məmmədova, Günel Həmidova, Aynur Abbasova və Arzu Ağayeva canlandırıb.