İncəsənət
İncəsənət

Tanınmışların əllərinin heykəlləri hazırlanır

Tanınmışların əllərinin heykəlləri hazırlanır

Azərbaycanda “Danışan əllər” adlı maraqlı sərgi hazırlanır.

OLAY yazır ki, tanınmış simalarımızın əllərinin heykəllərinin sərgidə nümayiş etdirilməsi planlaşdırılır.

Bununla bağlı Xalq artisti Gülyaz Məmmədova məlumat yayıb:

“Azərbaycanın ən tanınmış insanlarının əllərinin formasını çıxarıb "Danışan Əllər" adlı sərgi etmək və dünyada ilk olan Danışan Əllər muzeyi yaratmaq istəyirik. Heykəltəraş Kənan Əliyev və Namiq Hüseynov. Əziz dostlar, mən dəvət olunduğum emalatxana həm danışan, həm də qızıl əllərlə əhatə olunub. Azərbaycanın dahiləri, böyük sənətkarlar, incəsənət xadimləri və iş adamlarını tarixdə yaşadan əziz qardaşlarım Namiq bəy və Kənan bəyə dərin təşəkkürlərimi bildirirəm. Arzu edirəm ki sizin verdiyiniz bu əməklər şəxsi emalatxananızda və dünya muzeylərində ən yüksək mərtəbələrdə yerini tapsın”.