İncəsənət
İncəsənət

“Həyatımı səhnəyə həsr etmişəm”

“Həyatımı səhnəyə həsr etmişəm”

Xalq artisti Məleykə Əsədova “Xurşudbanu Natəvan” tamaşasının növbəti nümayişinin mərhum Xalq artisti Akademik Milli Dram teatrının direktoru Azər Paşa Nemətovun xatirəsinə həsr olunacağını bildirib.

OLAY yazır ki, bu barədə aktrisa instaqramda paylaşım edib:

Bu gün və sabah Akademik Milli Dram teatrında çox sevilən “Xurşudbanu Natəvan” tamaşası teatr sevənlər üçündür. Tamaşanın quruluşcu rejissoru hər zaman qəlblərdə yaşayacaq böyük sənətkar Xalq artisti, Şərəf və Şöhrət ordenli rejisorumuz Azər Paşa Nemətovdur. Allah sizə rəhmət eləsin.

Sənətkar həyatı budur: dünən səhnədə idi, bu gün isə imza qoyduğu tamaşalarla qəlblərdədir. Sizin alqışınıza, oyunum haqqında söylədiyiniz gözəl sözlərə ehtiyacım olacaq. Aprelin 23-də də “Mənim günahım” tamaşası ilə səhnədə olacağam, Allah izin verərsə. Azər müəllim, demişdiniz sən səhnədə ol. Onsuz da həyatımı, ömrümü səhnəyə, sənətimə həsr etmişəm. Həyat, sən nə qəribəsən”.