İncəsənət
İncəsənət

“Vəzifə gənclərə yox, peşəkarlara verilməlidir”

“Vəzifə gənclərə yox, peşəkarlara verilməlidir”

Aktyor Elşən Əskərov son günlər mədəniyyət sahəsində vəzifəyə təyin olunmalarla bağlı status yazıb.

OLAY yazır ki, o bu barədə instaqramda paylaşım edib.

“Hamı gənclərin vəzifəyə təyin olunmağını istəyir. Gənc olmaq, yaxşı olmaq demək deyil, daha çox fiziki göstəricidir. Vəzifə təyinatı ilk növbədə peşəkarlıq və ədalətliliyə əsaslanmalıdır. Yaş və digər məsələlər sonradır”, - deyə, Elşən bildirib.