Milli Muğam Müsabiqəsinə qeydiyyat başa çatıb.
OLAY yazır ki, bu barədə Heydər Əliyev Fondu məlumat yayıb. Qeyd olunub ki, martın 1-dən aprelin 10-dək aparılan qeydiyyatda yaşı 18-dən 35-dək olan xanəndə və instrumental ifaçılar iştirak ediblər. Yarışmaya vəsiqə qazanan iştirakçılar aprelin 20-də elan ediləcək.
Yarışmanın I turu - 24-25 aprel, II turu - 26-27 apreldə olacaq.
Xanəndə və instrumental ifa kateqoriyaları üzrə qaliblər aprelin 27-də müəyyənləşəcək. Yekun konsert 30 apreldə planlaşdırılıb.
Milli Muğam Müsabiqəsinin qalibləri ölkəmizi “Muğam aləmi” 6-cı Beynəlxalq Muğam Festivalında təmsil edəcək.