Müğənni Samir Piriyev illər sonra klip çəkdirib.
OLAY yazır ki, sənətçi “2-1” adlanan mahnı üçün həyat yoldaşının kamerası qarşısına keçib. Belə ki, klipin rejissorluğunu keçmiş televiziya işçisi olan Anara Fətəli edib. Layihənin ssenarisi də Fətəliyə aiddir.
Qeyd edək ki, mahnının musiqisi Fərid Ağaya, sözləri Tofiq Sədrəddinə məxsusdur.