Martın 14-də Heydər Əliyev Mərkəzində bəhreynli rəssam Raşid Al Xəlifənin “İlk qığılcım” (First light) adlı sərgisinin açılışı olub.
OLAY yazır ki, Bakı sərgisində sənətçinin ən son instalyasiyaları nümayiş etdirilib.
Tədbirdə Prezident İlham Əliyevin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov da iştirak edib.