İncəsənət
İncəsənət

İbrahimbəyovun qəbirüstü abidəsinin açılışı olacaq

İbrahimbəyovun qəbirüstü abidəsinin açılışı olacaq

Martın 10-da Birinci Fəxri Xiyabanda Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin açılış mərasimi olacaq.

Bu barədə OLAY-a Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib.

Bildirilib ki, 10 mart görkəmli kinodramaturq, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun vəfatının bir ili tamam olur.

Xalq yazıçısının abidə-məzar daşının müəllifi Rusiya Akademiyasının akademiki, heykəltaraş Aydın Zeynalovdur. Bir sıra görkəmli abidələrin müəllifidir. Onun müəllifi olduğu abidələr sırasında F.İvanoviç, Dostoyevski, İ.Nəsimi, Cüzeppe Verdi, C.Puççini, Rixard Vaqner, Franz List və s. görkəmli şəxslər yer alır.