“Azərbaycan qrafik dizayn tarixi” kitabı dərc ediləcək.
OLAY yazır ki, bu barədə məşhur qrafik dizayner Rəsul Həsən feysbukda paylaşım edib.
“Nəhayət ki, fevralın sonu “Azərbaycan qrafik dizayn tarixi” kitabının birinci hissəsi çapa gedəcək…. Bu sahənin tarixi araşdırmasına böyük töhfə olacaq kitabı əlimə almaq üçün böyük səbirsizlik içindəyəm. Çünki bu kitabda 1875-1990-cı illər arasında Azərbaycana aid 600-dən çox poster və afişa, 100-dən çox etiket, 200 loqo dizaynı, 300-dən çox qrafik əsər yer alır. Ümumilikdə 630 səhifəlik olan bu kitab təqdim olunan gündən onun ikinci hissəsi, yəni 1990-2020 üzərində çalışmağa başlayacam. Hər şey qaydasında getsə, mart ayında təqdimat olacaq”, - deyə, R. Həsən bildirib.