İncəsənət
İncəsənət

SSRİ Xalq artisti dünyasını dəyişdi

SSRİ Xalq artisti dünyasını dəyişdi

SSRİ Xalq artisti, sirk ustası Xakim Zaripov 98 yaşında dünyasını dəyişib.

OLAY yazır ki, bu barədə Rusiya Dövlət Sirkindən məlumat verilib. 

X. Zaripov 1924-cü ildə Daşkənddə sirk artistəri sülaləsinin banisi Kərim Zaripovun ailəsində anadan olub. O, ömrünün 80 ildən çoxunu sirk sənətinə həsr edib.