İncəsənət
İncəsənət

Klipində qadın hüquqlarına diqqət çəkdi

Klipində qadın hüquqlarına diqqət çəkdi

Müğənni Leyla Ramazanlı 2023-cü ilə olan ilk layihəsini təqdim edib.

OLAY yazır ki, sənətçi sözləri Kübra Kərimli, musiqisi Sevinc Tağıyeva, aranjımanı isə İslam Şirvaniyə məxsus olan “Qanadlarını aç” mahnısını ekranlaşdırıb. 

Bildirilib ki, klipin sosial mesajı “Heç nəyə baxmadan öz məqsədlərinə doğru irəliləmək"dir. Leyla təqdim etdiyi bu yeni layihəsində qadın hüquqlarına diqqət çəkib. Son bir neçə ildə Azərbaycanda selektiv abortların sayı kəskin artıb. 

6 aya ərsəyə gələn ekran işinin rejissorluğunu Mariya Zhelondievskaia və Yevgeniy Rodin edib. Layihənin prodüseri və rəhbəri Kamran Aydınovdur.