İncəsənət
İncəsənət

“Kişi kişinin çörəyi ilə oynamaz”

“Kişi kişinin çörəyi ilə oynamaz”

“Dünya boyda sənət olsun, xaraktersiz heç nədir. Baxıram, matım quruyur, adamın qanı donur. Bir- birini yıxan, sürüyən, haqqında olmazın sözlərini danışanlar, ailəsinə dil uzadanlar, işinə pəl vuranlar, setlər də sərxoşluq eliyib, cavan, yaşlı bilmədən nalayiq davrananlar, yenidən “abi”, “bro”, “qardaşım”, “canım” deyir…

Sən qulaq şahidi olursan, onlar isə bir cəbhə olub, çiyin- çiyinə vuruşur. Sanki tək mənəm düşmənləri, dərdləri”.

OLAY yazır ki, bu sözləri Səmimi Fərhad sosial şəbəkədə yazıb.  Aktyor feysbukda status yazaraq ad çəkmədən ona problemlər yaradan şəxslərə ismarıc yollayıb:

“Elələri var, sənətə gəlmələrin də birbaşa mənim əməyim, rolum olub. Ağlınız özünüzə getməsin, illərlə işsiz qalaram, sizin gününüzə qalmaram. “Aclıq bir il gedər, töhmət min il” prinsipi ilə yaşayıram! Adam nə qədər töhmət olar ki, tüpürdüyün yalayar?! Masqalarınızı cırım, adınızla, soy adınızla birgə!

Nə deyirsiniz? Mənə nə var ki, birdə gördüz elə  feysbukda canlı açdım, sizi bir- birinizlə üz-üzə qoydum. “Bir az mənəviyyatınız olsun” deyəcəm, amma çətin! “Quyuya su tökməklə dolmaz”. Bir danışırsınız, beş çatdırırlar. Biləsiniz! Kişi kişinin çörəyi ilə oynamaz! Heç qadınında”.