Xalq artisti Mehriban Zəki növbəti layihəsində Xurşidbanu Natəvan obrazını canlandırıb.
OLAY yazır ki, aktrisa “Şuşanın tək incisi” filmində rol alıb. O qeyd edib ki, bu layihə Natəvanın 190 illiyinə həsr olunub.
Çəkilişləri Şuşada baş tutan ekran işinin ideya müəllifi Günay Əfəndiyeva, ssenari müəllifi Ülviyyə Heydərova, quruluşçu rejissoru Zəhra Quliyeva, Təsvir rejissoru Z. Quliyeva və Toğrul Rzayevdir.
Layihənin ilk premyerası isə bu gün Bursada reallaşacaq.