İncəsənət
İncəsənət

Əməkdar mədəniyyət işçisi həyatını itirdi

Əməkdar mədəniyyət işçisi həyatını itirdi

Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq doktoru, Azərbaycan Milli İncəsənət Muzeyinin Elmi araşdırmalar şöbəsinin müdiri Toğrul Əfəndiyev vəfat edib.

OLAY yazır ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat paylaşıb.

T. Əfəndiyev 1 yanvar 1960-cı ildə Bakıda anadan olub. O, 1977-1982-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb, 1986-cı ildə “Azərbaycan incəsənətində təsviri motivləri (VII-XV yüzilliklər)” mövzusunda sənətşünaslıq üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib.

1982-1988-ci illərdə Azərbaycan Mədəniyyət Nazirliyinin nəzdində Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzində Elmi araşdırmalar şöbəsinin müdiri vəzifəsində çalışıb. O, 1987-ci ildə Azərbaycan Yaradıcı Gənclər Birliyinin təsisçilərindən biri, 1988-ci ildən isə həmin təşkilatın vitse-prezidenti olub.

O, çoxsaylı elmi məqalələrin və araşdırmaların müəllifi, Azərbaycan mədəniyyət və incəsənətini beynəlxalq arenada təmsil edən bir sıra sərgi, festival və təqdimatların təşəbbüskarı, təşkilatçısı və iştirakçısı və Azərbaycanın kəlağayı sənətinin UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahıya salınmasına yönəlmiş işçi sənədinin müəllifi olub.