Zara Larsson məşhur moda jurnalı "Vogue Singapore" üçün kamera qarşısına keçib.
OLAY yazır ki, isveçli pop ulduz yeni fotosessiyada fərqli obrazları və cəsarətli stili ilə diqqət çəkib. Müğənni jurnalın yeni buraxılışı üçün hazırlanan çəkilişdə həm moda, həm də musiqi dünyasındakı yüksəlişindən danışıb.
Qeyd edək ki, Zara Larsson son dövrlər həm yeni musiqi layihələri, həm də dünya turnesi ilə gündəmdədir.