“Game of Thrones” serialında canlandırdığı “The Mountain” obrazı ilə dünya miqyasında tanınan islandiyalı aktyor Thor Björnsson, həyat yoldaşı Kelsey Henson ilə paylaşdığı görüntülərlə sosial medianın gündəminə çevrilib.
OLAY yazır ki, cütlük arasındakı diqqət çəkən boy fərqi sosial media istifadəçilərinin marağına səbəb olub. Təxminən 2,05 metr boyu olan Thor Björnsson ilə 1,57 metr boyundakı həyat yoldaşı Kelsey Hensonun birlikdə çəkdirdiyi fotolar qısa zamanda çoxsaylı şərhlər toplayıb.
Qeyd edək ki, 2017-ci ildə Kanadada tanış olan cütlük 2018-ci ildə ailə həyatı qurub. Thor Björnsson və Kelsey Henson uzun illərdir sosial media hesablarında birlikdə çəkilmiş fotolar paylaşır və aralarındakı boy fərqi izləyicilərin diqqətini çəkməyə davam edir.