Türkiyənin ustad aktyorlarından olan Orhan Aydın da fəlakətdən əziyyət çəkənlərdən olub.

OLAY yazır ki, bu barədə o, instaqramda paylaşım edib. Sənətçi keçmiş həyat yoldaşı və qızının dağıntılar altında qaldığını bildirib.

Ustad aktyorun qızı da dağıntılar altında qaldı

Daha sonra o, keçmiş xanımının xilas edildiyini vurğulayaraq, övladı üçün kömək istəyib.

“Qızımın anası xalqın köməkliyi ilə çıxarılıb. İndi sıra övladımdadır… O mənim tək varlığımdır. Canım yanır, ölkəm üçün ağlayıram. Bizi yalnız həmrəylik xilas edə bilər”, - deyə, aktyor qeyd edib.

Ustad aktyorun qızı da dağıntılar altında qaldı