Aktyor Uill Smit və Cada Pinkett Smit Kaliforniya ştatının Malibu bölgəsində birlikdə görüntüləniblər.

OLAY yazır ki, uzun illərdir münasibətdə olan cütlük restorana gələrkən fotoqraflara tuş gəlib. Məlumata görə, ailəvi şam yeməyində Smit ailəsinin bir neçə üzvü də iştirak edib.

Qeyd edək ki, Uill Smit və Cada Pinkett Smit 1997-ci ildə evləniblər və Hollivudun ən məşhur cütlüklərindən biri sayılırlar. Rəsmi olaraq evli olsalar da, 2016-cı ildən bəri ayrı yaşadıqları ilə bağlı xəbərlərlə gündəmdə qalır.

Uill Smit həyat yoldaşı ilə… Uill Smit həyat yoldaşı ilə…