Mehmet Öz ABŞ Prezidenti Donald Trampın qazlı içkilərlə bağlı fikirlərindən danışıb.

OLAY yazır ki, söhbət zamanı Mehmet Öz 79 yaşlı prezidentin qidalanma vərdişlərindən də bəhs edib. Onun sözlərinə görə, Tramp ofisdə həftəlik “fast-food” yeməkləri yeyir:

“Əvvəlcə o şokoladlı batonlardan başlayır. Sonra isə qazlı içki qəbul edir. Tramp deyir ki, qazlı içki onun üçün faydalıdır, çünki, əgər o otu məhv edirsə deməli, bədəndə xərçəng hüceyrələrini də öldürməlidir”.

“Bu yaxınlarda təyyarədə idik. O, mənimlə nəsə müzakirə etmək istəyirdi və stolunun üstündə portağallı “Fanta” var idi. Dedim, zarafat edirsiniz? O isə utancaq şəkildə gülümsədi və dedi: “Bilirsən, bu mənim üçün faydalıdır. Xərçəng hüceyrələrini öldürür”.