Türk aktrisa Sinem Ünsalın Nyu-Yorkdan paylaşdığı fotolar izləyicilər tərəfindən maraqla qarşılanıb.
OLAY yazır ki, aktrisa 36-cı Beynəlxalq “Emmy” mükafatlandırma mərasimində iştirak etmək üçün Nyu-Yorka yollanıb. Aktrisa tədbirə serialın baş rol ifaçısı Ozan Akbaba ilə birlikdə qatılıb. “Uzak Şehir” serialı “Telenovela” kateqoriyasında “Emmy” mükafatına namizəd göstərilib.