Müğənni Rihanna və Eysəp Rokki böyük oğulları Rzanın dörd yaşını Nyu-Yorkda keçirilən məclislə qeyd ediblər.
OLAY yazır ki, cütlük tədbirin baş tutduğu interaktiv slaym muzeyindən çıxarkən görüntülənib.
Məlumata görə, valideynlər ad günü sahibi Rza, iki yaşlı Riot və səkkiz aylıq Roki üçün məkanı bütün axşamlıq icarəyə götürüblər. Qonaqlar arasında başqa məşhurlar olmayıb, məclis yaxın dostlar və ailə üzvlərinin iştirakı ilə keçirilib.