Tom Kruzun yeni filminin dünya premyerasında qırmızı xalıda Hollivud aktyoruna şahzadə Uilyam və Keyt Middlton qoşulublar.
OLAY yazır ki, kino nümayişində yanlarında bir çox Hollivud ulduzunun parlamasına baxmayaraq, Uilyam və Keyt cütlüyü anındaca diqqət mərkəzinə düşüb.
Keyt bənövşəyi tonda bol libas, yuxarıdan toplanmış saç düzümü, mirvari sallanan sırğalar və ürək formasında zərif boyunbağı seçib. Uilyam isə qara kəpənək qalstuklu klassik geyimə üstünlük verib.