Bir vaxtlar Rusiyanın məşhur seriallarından olan “Ne rodis krasivoy” serialının 46 yaşlı ulduzu Yuliya Takşina Qriqori Antipenkodan olan 18 yaşlı oğlu ilə fotosessiyasına görə sosial şəbəkələrdə tənqid olunub.
OLAY yazır ki, izləyicilərə aktrisanın oğluna qəribə şəkildə yaxınlaşması xoş gəlməyib.
Fotolara “Ananın oğluna bu cür sıxılması bir təhər görünür”, “Çox qəribə fotosessiya formatıdır. Hələ bir ata qızı ilə belə şəkil çəkdirsəydi, nə olardı? Tamamilə dözülməzdir”, “Qəribə fotosessiya formatıdır. Sanki ana oğlu ilə yox, sevdiyi kişi ilədir. Bir təhərdir” kimi rəylər yazılıb.