Repçi Offset Floridada kazino yaxınlığında baş verən atışmadan sonra xəstəxanaya yerləşdirilib.

OLAY yazır ki, polis hadisə yerinə gələrək vəziyyəti nəzarətə götürüb. İki nəfər saxlanılıb.

Məlumata görə, reper həyati təhlükə yaratmayan xəsarətlər alıb. Offsetin nümayəndələri də bu məlumatı təsdiqləyərək onun hazırda yerli xəstəxanada həkim nəzarətində olduğunu bildiriblər. Araşdırma isə davam edir.