Aktrisa Nikol Kidman yaxınları ilə birlikdə Portofinoda istirahət edib.

OLAY yazır ki, paparatsiyalar Hollivud ulduzunu ailəsinin aktrisanın kiçik bacısı Antoniyanın 55 illik yubileyini qeyd etdiyi dəbdəbəli yaxtada görüntüləyiblər. Mərasimdə ad günü sahibinin həyat yoldaşı Kreyq Marran və qızı Sibella Houli də iştirak edib.

59 yaşlı Nikol həm zövqlü, həm də rahat görünüşü ilə diqqət çəkib. Aktrisa mavi köynək, kənarları cırıq ağ cins şort geyinib. Kombinini idman ayaqqabısı, eyni rəngdə beysbol papağı, hörmə çanta və gün eynəyi ilə tamamlayıb.

Nikol Kidman qısa şortda – Foto Nikol Kidman qısa şortda – Foto