Məşhur türk müğənni Mustafa Sandal ilə 2018-ci ildə boşandığı Emina Jahoviçin oğlu Yaman liseyi bitirib.
OLAY yazır ki, valideynlər övladlarının bu xüsusi günündə onu tək buraxmayıb və məzuniyyət mərasimində birlikdə iştirak ediblər. Mərasimdən çəkilən kadrları Mustafa Sandal sosial media hesabında da paylaşıb.
Müğənni paylaşımında bu sözləri yazıb:
“Canım oğlum Yamanım, məzuniyyətini görmək də qismət oldu. Bu həyat yolunda bir maneəni daha aşdın. Allah universitet məzuniyyətini də görməyi nəsib etsin. Səninlə qürur duyuram oğlum… Dipnot: Sıra səndə, canım Yavuzum.”