Türk aktrisa Birce Akalay uzun müddətdir eşq yaşadığı həmkarı Hakan Kurtaş ilə birlikdə yay istirahəti mövsümünü açıb.
OLAY yazır ki, Yalıçiftlikdəki çimərliklərdən birində görüntülənən Akalay və Kurtaş gün ərzində xoş vaxt keçiriblər.
Şezlonqda dincələrək uzun müddət söhbət edən Birce Akalay və Hakan Kurtaş günün sonrakı saatlarında sərinləmək üçün Egey dənizinin sərin sularında üzərək istirahətlərini davam etdiriblər.