Maykl Ceksonun ikinci həyat yoldaşı və onun böyük övladları olan Prins və Paris Ceksonın anası, 67 yaşlı Debbi Rou Kaliforniyada görüntülənib.

OLAY yazır ki, onun, “Michael” filminin kassadakı uğuru fonunda, ictimaiyyət qarşısına çıxması taleyinə olan marağı yenidən artırıb.

Xatırladaq ki, cütlük 1996-cı ildə Sidneydə gizli şəkildə evlənib, 2000-ci ildə isə rəsmi olaraq boşanıb. Nikah müqaviləsinə əsasən, Rou təxminən 8 milyon dollar və Beverli Hillsdə bir ev əldə edib.

Ayrıldıqdan sonra o, uşaqlar üzərində tam qəyyumluq hüququndan imtina edərək onların atalarının himayəsində qalmasına razılıq verib. 2001-ci ildə isə valideynlik hüquqlarını rəsmi şəkildə Maykl Ceksona təhvil verib. Məhkəmədə qadın bu qərarının sevgisizliklə bağlı olmadığını vurğulayaraq belə deyib:

“Mən onları çox sevirəm. Amma onlar onun uşaqlarıdır.”

Mayklın həyat yoldaşının son halı – Foto Mayklın həyat yoldaşının son halı – Foto