Hande Ünsal həmkarı Burcu Güneşin Demet Akalın haqqında dediyi sözlər və Demetə dəstək verənlərə reaksiyası barədə danışıb.
OLAY yazır ki, Hande Burcu Güneş haqqında belə deyib: “Daha çox danışıb özünü batırmasın. Biz də ona lüzumsuz diqqət göstərdik. Əgər İrem Derici və Ece Seçkinə bir şey deməsəydi, mən də heç nə etməzdim. Amma onlar mənim dostlarımdır. Bu günlərdə qadınlar bir-birinə dəstək olmalıdır. Məncə, Burcu Güneş lazımsız bir çıxışa layiq olduğu cavabı aldı”.
O, həmçinin ‘Muhteşem Yüzyıl’ serialının məşhur replikası olan “Sən özünü kimlərlə müqayisə edirsən, İbrahim” videosunu paylaşaraq mövzuya yumorla toxunub.
Qeyd edək ki, Burcu Güneş Demet Akalın haqqında bunları demişdi: “Onu nə duruş, nə də keyfiyyət baxımından özümə yaxın görürəm. Onu öz yolumda mənimlə rəqabət apara biləcək səviyyədə görmürəm”.