Supermodel İrina Şeyk “University of Oxford” nəzdində fəaliyyət göstərən müzakirə klubunda tələbələr qarşısında çıxış edib.
OLAY yazır ki, 40 yaşlı İrina Şeyk dünyanın ən qədim universitetlərindən birinə model sənayesində rəqəmsal medianın təsiri barədə danışmaq üçün dəvət olunub. O, həmçinin “Oxford Union” çərçivəsində tələbələrə karyera yolundan və uğura gedən prosesdən bəhs edib.