Türk pop musiqisinin qeyri-adi simalarından olan Hande Yener son dövrlərdə etdiyi imic dəyişiklikləri ilə gündəmdə qalmağa davam edir.
OLAY yazır ki, daha əvvəl saçlarını açıq sarıya boyatdıran və qırmızı korsetli səhnə geyimi ilə diqqət çəkən Yener, bu dəfə tamamilə fərqli bir tərzlə pərəstişkarlarının qarşısına çıxıb.
Məşhur müğənninin yaşıl saçlı və qara qanadlı səhnə üslubu qısa müddətdə sosial mediada viral olub.