Hamilə olan məşhur aktrisa Natali Portman doğum gününə özəl yeni foto paylaşıb.

OLAY yazır ki, 45 yaşını tamamlayan aktrisa “İndiyə qədər keçirdiyim ən gözəl ad günü həftəsi idi, bütün təbriklərə və bu qədər möhtəşəm olduğu üçün İtaliyaya təşəkkür edirəm” deyə bildirib.

Qeyd edək ki, aktrisa üçüncü övladını gözləyir. Bu, onun fransız musiqiçi Tangi Destabldan olan ilk övladı olacaq. O, hamilə olduğunu hələ aprel ayında açıqlayıb.

Hamilə olan Portmandan 45 yaş fotosu