Tezliklə ilk dəfə valideyn olmağa hazırlaşan model Barbara Palvin və aktyor Dilan Sprouz fotosessiyaya çəkiliblər.
OLAY yazır ki, kadrlarda 32 yaşlı macar top-model Barbara Palvin böyüyən qarnını vurğulayan, “Victoria’s Secret”in arxiv kolleksiyasından olan şaftalı rəngli yarı şəffaf gecə libasında poza verib. 34 yaşlı aktyor isə fotosessiya üçün bej rəngli köynək və xaki rəngli şalvar seçib.