Bildiyiniz kimi, iyulun 19-da futbol üzrə dünya çempionatı İspaniya millisinin qələbəsi ilə başa çatıb.
OLAY yazır ki, final qarşılaşmasını bir çox dünya ulduzu tribunadan izləyib. 49 yaşlı Şakira 2026-cı il dünya çempionatının ən çox diqqət çəkən simalarından biri kimi İnstaqram hesabında çempionat zamanı digər məşhurlarla çəkdirdiyi fotoları paylaşıb.
Müğənni paylaşımına “Dünən necə də möhtəşəm bir gün idi! Dəyər verdiyim və hörmət etdiyim çox insanla görüşdüm, həmçinin hər birinizdən böyük sevgi gördüm! Və bir daha: bu gün də, hər zaman da yaşasın Kolumbiya!” şərhini yazıb.