Kral ailəsi 13 yaşlı Şahzadə Corcun təhsilinə rəsmi olaraq başladığı İton Kollecinin qarşısında çəkilmiş ilk rəsmi fotolarını yayımlayıb.
OLAY yazır ki, fotolarda Böyük Britaniyanın gələcək kralı İtonun ənənəvi formasında — qara frak, jilet və xırda zolaqlı şalvar, həmçinin sərt ağ yaxalıqla təsvir olunub. Bu forma kollecdə 1960-cı illərdən istifadə edilir.
İton Kolleci Böyük Britaniyanın ən məşhur və qədim özəl məktəblərindən biridir. Əsrlərdir ölkənin siyasi elitasının nümayəndələrini yetişdirir. Kollecin məzunları arasında Şahzadə Corcun atası və əmisi: Şahzadə Uilyam və Şahzadə Harri, həmçinin Şahzadə Diananın qardaşı Qraf Spenser də var.