Əfsanəvi futbolçu Kriştianu Ronaldonun fit bədən quruluşu diqqət çəkib.
OLAY yazır ki, internet istifadəçiləri 41 yaşlı milyarder futbolçunun bədən quruluşunu müzakirə edirlər. İdmançı çimərlikdən yeni fotolar paylaşaraq formada olan bədənini nümayiş etdirib və pərəstişkarları şərhlərdə böyük heyranlıq ifadə ediblər.