8 ildən sonra yenidən ekranlara qayıtmağa hazırlaşan türk aktrisa Nebahat Çehre yeni serialı öncəsi Bodrumda istirahət edib.
OLAY yazır ki, 82 yaşlı aktrisanın çimərlik geyimində paylaşdığı foto qısa müddətdə çoxlu bəyənmə toplayıb, izləyiciləri isə filtrli fotosuna tərif dolu rəylər yazıblar.
Yaxın vaxtlarda çəkiliş meydançasına çıxmağa hazırlaşan Nebahat Çehrənin paylaşımı pərəstişkarlarından “İllərə meydan oxuyur”, “Həmişə olduğu kimi çox zərifdir” və “Gözəlliyi heç dəyişmir” kimi şərhlər alıb.