Rusiyanın Xalq artisti Filipp Kirkorov övladları ilə birgə tədbirdə görüntülənib
OLAY yazır ki, Kirkorov böyüyüb boya-başa çatan övladları, 14 yaşlı oğlu Martin və qızı Alla-Viktoriya ilə birlikdə yenidən diqqət mərkəzinə düşüb. Onlar “Mamont balasının macəraları” (Приключения мамонтёнка) filminin təqdimat mərasiminə qatılıblar.
Bu yaxınlarda burnunu əməliyyat etdirdiyini etiraf edən 59 yaşlı sənətçi tədbirə parlaq pulcuqlarla bəzədilmiş bomber gödəkçə və şalvarda təşrif buyurub. Alla-Viktoriya isə gündəlik üsluba üstünlük verərək açıq-çəhrayı rəngli geniş köynək və klassik cins şalvar geyinib. Onun obrazını “Louis Vuitton” brendinə məxsus kiçik çanta tamamlayıb. Qardaşı Martin də bacısı ilə bənzər üslubda geyim seçib.