Supermodel İrina Şeyk son tədbirdəki görünüşündən sonra tənqidlərə məruz qalıb.
OLAY yazır ki, 40 yaşlı podium ulduzu “Venesiya Film Festivalı” üçün sosial şəbəkə istifadəçilərini məyus edən geyim seçib. Bəzi istifadəçilər modeli artıq çəkili olmaqda ittiham ediblər.
Çoxları İrinanın geyindiyi libası uğursuz hesab edib. Qeyd edək ki, Jizel Bündhen də 2003-cü ildə podiuma məhz bu paltarda çıxmışdı.
“Qarnı görünür, üstəlik, paltar əyri oturub”, “Geyim ucuz gecə köynəyinə bənzəyir, zövqdən əsər-əlamət yoxdur” deyə internet istifadəçiləri top-modelin görünüşünü sərt şəkildə tənqid ediblər.